Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
16:39
Gəncəyə yeni baş memar təyin olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun imzaladığı əmrə əsasən, bu vəzifəyə Elxan Məmmədov təyin edilib.

Şəhərin əvvəlki baş memarı Əli Rüstəmli olub.

N.Bayramovun digər əmri ilə icra hakimiyyətinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri vəzifəsinə Səbinə Axundova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlarıi lə iş şöbəsinin müdiri vəzifəsinə isə Ramil Orucov təyin edilib.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Gəncə 
Mövzu üzrə xəbərlər
Şərhlər
anonim tərəfindən 08-11-2018 08:35:14 tarixində yazıldı
Gəncə
Yeni süpürgə məsələsi......
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com