Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
16:30
İngiltərə ordusunda böhran: əsgər çatışmazlığı yaranıb

İngiltərə ordusu əsgər çatışmazlığı problemi ilə üzləşib. FaktXəbər bildirir ki, bu bəyanatla ölkənin Müdafiə Nazirliyi çıxış edib. 

Məlumata görə, orduda əsgər sayının çatışmazlığına çıxış yolu kimi xarici ölkələrdən hərbçi cəlb etmək qərara alınıb.

Buna qədər orduda xidmət etmək üçün İngiltərədə ən azı 5 il yaşamaq şərt idisə, artıq bu qanun ləğv edilib. Yalnız Avstraliya, Hindistan, Kanada, Keniya və Ficidən olan vətəndaşlar İngiltərə ordusunda xidmət edə biləcək. Bunun üçün isə həmin ölkələrin vətəndaşlarından İngiltərədə yaşamaq şərti tələb olunmayacaq.

"Guardian" qəzeti yazır ki, müraciətlər 2019-cu ilin yanvarından etibarən qəbul olunacaq və bu yolla Böyük Britaniya Kral Donanması və Hərbi Hava Qüvvələri daxil olmaqla, hər il orduya 1350 nəfərin cəlb edilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İngiltərə 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com