Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
16:27
Dövlətə xəyanətdə təqsirləndirilən Savçenko Ukrayna prezidenti olmaq istəyir

Ukraynada dövlətə xəyanətdə  və terrorda ittiham olunan Nadejda Savçenko  prezident kürsüsü uğrunda mübarizə aparacaq. FaktXeber.com-un Life.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə jurnalistlərə onun bacısı elan edib.

Vera Savçenkonun sözlərinə görə, həbsdə olması xalq deputatını heç narahat etmir. 

«Lakin Savçenkonun ambisiyaları üçün mənəvi  dəstək kifayət etməz, maddi dəstək də lazımdır», - deyə o, vurğulayıb.

«Bu artıq onun üçün prinsip məsələsidir. Əgər Nadejda  prezident seçkilərinə öz namizədliyini qeyd elətdirə bilsə, bundan sonra o, hətta hansısa immunitet də ala bilər», - deyə siyasətçinin qohumu əlavə edib.

Xatırladaq ki, Ukraynanın  seçki kampaniyası cari ilin sonlarında start götürəcək, bu səbəbdən namizədlərin maliyyə toplaması üçün 2 aydan da az vaxt qalır.

Savçenkonun  seçkilərə buraxılıb buraxılmaması hələ bəlli deyil. Lakin seçkilərini maraqlı olacağı indidən görünür. Belə ki, sosial sorğulara əsasən  cari dövlət başçısını cəmi 5 faiz sakin dəstəkləməyə hazırdır. Seçkilərin favorisi Yuliya Timoşenko sayılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Savçenko 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com