Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədəki səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

07 Noyabr

2018
15:50
1511
Lənkəranda çay, ləvəngi və plov festivalı keçiriləcək

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan festival noyabrın 10-da,  səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkında başlayacaq və bu tədbir əsl “Məhsul bolluğu” bayramı olacaq.

Azərbaycanın dövlət atributlarını və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda “Çayımızın dadı var”, “Lənkəranın düyüsü dillər əzbəri”, “Sitrus bağlarının möcüzəsi”, “Qonaq evin ruzi-bərəkətini artırar” və s. adlı örtülü pavilyonlar quraşdırılacaq və bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdiriləcək. 

Yerli müəssisələr, fermer təsərrüfatları, turizm obyektləri tərəfindən pavilyonlarda festival iştirakçıları üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil ediləcək. Bundan başqa festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan “Haşimi”, “Sədri”, “Appolla” “Campo” və s. düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunacaq.

Festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng müsiqi nömrələri ifa olunacaq, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar göstəriləcək.

Festival axşam saatlarında şəhər Mədəniyyət Mərkəzinin böyük zalında respublikanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

Məqalədə : Çay 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Erkən ölümün qarşısını alacaq sadə üsul

25

Aprel
15:50
AİLƏ, SAĞLAMLIQ
919

Bakıda müəllim şagirdi vuraraq hədələyib

25

Aprel
15:44
HÜQUQ,HADİSƏ
1035

Sabaha olan hava proqnozu açıqlanıb

25

Aprel
13:50
ÖLKƏ
94
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 17:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru