Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

07 Noyabr

2018
15:44
1211
Qubada banka məxsus avtomobil qaçırılıb

Quba rayonunda banka məxsus avtomobil qaçırılıb. Bu barədə FaktXəbər-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, noyabrın 6-da Quba Rayon Polis Şöbəsinə (RPŞ) banklardan birinə məxsus “Lada Priora” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə məlumat daxil olub.

Müraciətlə əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili saxta dövlət qeydiyyat nişanları ilə idarə edən rayon sakini Bəxtiyar Bağırovun yeri qısa müddət ərzində müəyyən edilib. 

B.Bağırov qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. İstintaq tərəfindən B.Bağırovun başqa cinayət hadisələrində iştirakı araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb. 

Məqalədə : Quba 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
175

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
62
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 08:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru