Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
14:59
1362
Sumqayıtda cinayətkar dəstə saxlanıldı - FOTO

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində maşın oğurluğu ilə məşğul olan və ələ keçirdikləri nəqliyyat vasitələrinin ban nömrələrini dəyişərək, eləcə də, ehtiyat hissələri halında satan mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib.

FaktXəbər bildirir ki, keçirilən əməliyyat nəticəsində bu qrupun üzvləri əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Yunis İmanov, Cəlal Əliheydərov, Cəlilabad rayon sakini Rafiq Nağıyev saxlanılaraq istintaqa təqdim olunublar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan Y.İmanov və R.Nağıyev Sumqayıt şəhəri və ətraf ərazilərdən ümulikdə ayrı-ayrı vətəndaşlara məxsus 6 nəqliyyat vasitəsi oğurlayıblar. 

Əsasən, “VAZ” və “Tofaş” markalı nəqliyyat vasitələrini qaçıran dəstə üzvləri əldə etdikləri avtomobilləri C.Əliheydərovun Biləcəri qəsəbəsində yerləşən evinin həyətinə gətiriblər. Burada isə C. Əliheydərov maşınların ban nömrələrini dəyişib. Bəzi avtomobillər isə sökülərək ehtiyat hissələri halında satılıb.

C.Əliyehdərovun yaşadığı evin həyətinə baxış keçirilən zaman orada gizlədilən oğurluq avtomobillərin ehtiyat hissələri, çoxlu sayda avtomobil qeydiyyat nişanları, həmçinin qaçırılan bir neçə avtomobil aşkar olunaraq maddi sübut kimi götürülüb.

Oğurlanan avtomobillərdən ikisi dəyərindən aşağı qiymətə qanunsuz olaraq müxtəlif şəxslərə satılıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirinin davamı olaraq həmin şəxslər, paytaxt sakinləri  Mahmud Həsənov və dəstə üzvü C.Əliheydərovun kürəkəni Füzuli Rəcəbov da saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Hər iki şəxs aldıqları avtomobillərin oğurluq olduğunu əvvəlcədən biliblər. Qeyd edək ki, oğurluq maşınları alan şəxslərdən biri - F.Rəcəbov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstərib. Onun idarə etdiyi nəqliyyat vasitəsinə və üzərinə baxış keçirilən zaman 0,604 qram narkotik vasitə olan “Metamfetamin”, 1 ədəd küstar üsulla hazırlanan bıçaq və göz yaşardıcı qaz balonu aşkar edilərək götürülüb. 

Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir.

Məqalədə : cinayətkar dəstə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
392

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
387

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
444

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1248

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1444

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1212

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1244

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
520
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 06:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru