Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
14:57
Britaniya Fars körfəzində ikinci hərbi bazasını yaradır

2019-cu ildə Böyük Britaniya Omanda yüzlərlə hərbçinin iştirakı ilə birgə təlim düşərgəsi yaradacaq. FaktXeber.com-un Röyters-ə istinadla verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson bəyan edib.

Qeyd edək ki, 2017-ci ildə Böyük Britaniyanın baş naziri Tereza Meyin Bəhreynə səfəri zamanı ölkədə Birləşmiş Krallığın Hərbi Dəniz bazası açılmışdı. Bundan əvvəl isə - 2014-cü ildə London və Manama Britaniyanın Bəhreyndə hərbi mövcudiyyətinin inkişafı və möhkəmlənməsi barədə saziş imzalayıb. Hüquq müdafiə təşkilatları hesab edirlər ki, Britaniyanın Bəhreyndə Hərbi Dəniz bazası ölkədə insan haqlarının pozulmasına qarşı Londonun susmasının mükafatıdır.

2011-ci ilin yanvar ayında Bəhreyndə xalq oyanışının başlanmasından sonra xalqa qarşı represiyalarda çoxmənalı susqunluğu ilə London Xəlifə rejiminə «yaşıl» işıq yandırdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fars körfəzi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com