Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

07 Noyabr

2018
14:40
1739
DİN-dən iki aydır küçədə yaşadığını deyən uşaqla bağlı - AÇIQLAMA

Daxili İşlər Nazirliyi iki aydır küçədə yaşadığını iddia edən uşaq barədə məsələyə münasibət bildirilib.Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Oxu.Az-a açıqlamasında bildirib ki, uşağın psixoloji problemləri var:

“Ona görə müəyyən şeyləri yanlış deyir. Danışığında da. diqqət etsəniz, qüsurlar hiss olunur. Uşaq Qazax rayonundan olduğunu desə də, bizdə olan məlumata görə, Yevlax rayon sakinidir. Həmin uşaq 2015-ci ildən dəfələrlə polis əməkdaşları tərəfindən dilənçiliklə məşğul olduğuna görə saxlanılıb və sığınacağa təhvil verilib.

Orada yerləşən başqa uşaqlara qarşı davranışı aqressiv olub. Oradakı işçiləri, uşaqları aldadaraq, müəyyən bəhanə ilə oranı tərk edib, qaçır. Sonuncu dəfə sığınacağa 15 gün əvvəl yerləşdirilib”.

Orxan Mansurzadə qeyd edib ki, uşaq sonuncu dəfə qaçmaq istəyən zaman sığınacağın işçisini aldadaraq, onu paytaxtın müəyyən istiqamətində yaşayan ailəsinin yanına aparmasını istəyib:

“Orada işçini aldadıb və qaçıb. Doqquz yaşı olsa da, özünə nə sərf edirsə, onu da danışır. Sığınacağa özündən iki yaş böyük bacısı da yerləşdirilib. Psixoloji problemləri olduğundan öz bacısı ilə yola getmir. İki aydır küçədə yaşadığını deməsi həqiqəti əks etdirmir.

Ailəsi qaraçı (Roman tayfalarına məxsus şəxslər nəzərdə tutulur - red.) olduğundan diləndirilir. Üç ildir polisin qeydiyyatındadır. Sonuncu dəfə polis tərəfindən müəyyən edilib və “Azərbaycan Uşaqlar Birliyi”nin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib”.

Məqalədə : DİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
175

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
62
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 08:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru