Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
14:24
Qatarla toqquşmada yaralanan səhv əməliyyat edilib? - VİDEO

Üç saylı Sabunçu Xəstəxanası oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanovun ayağının səhv əməliyyat edilməsi iddiasına cavab verib.

Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyev açıqlamasında bildirib ki, qəza zamanı xəstəxanaya gətirilən hər bir xəstə müayinə edilib və müalicələr aparılıb:

“1997-ci il təvəllüdlü Novruz Salmanov oktyabrın 1-də, saat 15:20-də xəstəxanaya gətirilib. Qapalı-kəllə beyin, döş qəfəsinin və qarının travması, bədənin müxtəlif nahiyələrində sümüklərin sınığı, dalağın partlaması, daxili qanaxma, qaraciyərin cırılması diaqnozu qoyulub. Xəstə cərrahi əməliyyata alınıb.

Qarın boşluğu tikilib, dalağı çıxarılıb. Beş gün reanimasiya şöbəsində saxlanılıb. Daha sonra ailəsi xəstəni öz istəyi ilə xəstəxanadan çıxarıb. Xəstənin ayağı bizim xəstəxanada əməliyyat edilməyib. Əməliyyatın hansı xəstəxanada aparılmasına dair məlumatımız yoxdur”.

Namiq Dəmirçiyev qeyd edib ki, xəstə xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub:

“Xəstəxanada Novruz Salmanovun sağlamlığı üçün bütün zəruri tədbirlər görülüb”.(oxu.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qatar toqquşma 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com