Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
13:34
Medvedev ABŞ-ın Rusiyaya və İrana qarşı sanksiyalarının əsas hədəfini açıqlayıb

Birləşmiş Ştatlar özlərinin  daxili siyasi məsələlərini həll etmək üçün digər ölkələrə qarşı sanksiyalar irəli sürür. FaktXeber.com-un məlumatına görə, bu barədə RF  baş naziri Dmitriy Medvedyev  jurnalistlərə müsahibəsində bildirib.

Nazirlər Kabinetinin rəhbəri bildirib ki, ABŞ-ın İrana və Rusiyaya qarşı sanksiyaları bərpa etməsi, Avropa Birliyinə, Çinə məhsullara qoyduğu məhdudiyyətlər və rüsumlar daxili siyasi  məsələlərin həlli üçündür.

«Nüvə sazişinin  İran tərəfindən pozulmasına dair sübutlar yoxdu və olmayıb», - deyə baş nazir vurğulayıb.

Xatırladaq ki, noyabrın 5-də ABŞ rəhbərliyi 2015-ci ildə nüvə müqaviləsi çərçivəsində qismən ləğv etdiyi İran sanksiyalarının yenidən tətbiqinə başlayıb. İran Milli Neft Şirkətinin beynəlxalq fəaliyyətlərini məhdudlaşdıracaq sanksiyalarla ölkə iqtisadiyyatına zərbə vurmağı qarşısına məqsəd qoyan ABŞ rəhbərliyi, xarici maliyyə təşkilatların İran Mərkəzi Bankı və digər banklarla əməliyyat aparmamasını da sanksiyalara daxil edib.

Bundan başqa, banklar arasında beynəlxalq fond transferlərini həyata keçirən SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication) sisteminin embarqo tətbiq olunan bütün İran maliyyə qurumlarına bağlanmaması halında ABŞ-ın sanksiyalarına məruz qalacağı bildirilir.

Noyabrın 5-də həyata keçən ikinci sanksiya paketi çərçivəsində ölkənin limanları, zavodları və dəniz nəqliyyatı sektoru embarqoya daxil edilib. İran İslam Respublikasının Gəmiçilik Şirkəti (IRISL), İran Cənub Gəmiçilik Xətti Şirkəti və ona aid qurumlar ABŞ Maliyyə Nazirliyinin qara siyahısına əlavə olunub.

ABŞ rəhbərliyi ötən cümə günü İrandan neft idxalını azaltmaqla yanaşı tamamilə dayandırmayan 8 ölkəyə sanksiyalara görə müvəqqəti sərbəstlik verəcəyini bildirmişdi. Türkiyə sözügedən 8 ölkə sırasına daxildir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo "Fox News" telekanalına müsahibəsində Birləşmiş Ştatların İrana qarşı sanksiyaların 600-dən çox şirkətə və fiziki şəxsə qarşı tətbiq olunacağını bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran sanksiya 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 17:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com