Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
11:34
1580
160 nəfərin ölümünə səbəb olan Fueqo vulkanı yenidən aktivləşib-VİDEO

Qvatemalada iyun ayında 160 nəfərin həyatına son qoyan Fueqo vulkanı yenidə aktivləşib. FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə Qvatemalanın Milli Seysmologiya, Vulkanologiya, Meteorologiya və Hidrologiya İnstitutu bəyan edib.

«Zəif və orta güclü partlayışlar qeydə alınıb. Kül sütunu dəniz səviyyəsindən 4800 metr hündürlüyə püskürülüb, qərb və cənub qərb istiqamətlərinə yayılır», - deyə məlumatda bildirilib.

Bundan başqa uzunluğu bir km-ə çatan lava axını barədə də xəbər verilib.

Xatırladaq ki, cari ilin iyun ayının 3-də Fueqo vulkanı püskürmüşdü. Faciə təqribən 1,7 milyon sakinə zərər verdi. Son məlumatlara görə, 160 nəfər təbii fəlakət nəticəsində həyatını itirib. 

bax: Qvatemalada vulkan püskürməsindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (18+)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Vulkan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-03-2019 16:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com