Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
11:07
İqtisadçı manata olan təziqdən, ABŞ sanksiyalarından və icbari tibbi sığortadan danışıb

İqtisadçı ekspert Vüqar Bayramov Azərbaycan manatının tənzimlənməsində neftin və Rusiya rublunun təsirləri haqda aşıqlama verib.

Faktxeber.com-a danışan iqtisadçı bildirib ki, manatın kursu yalnız neftin dünya bazar qiymətindən deyil, eləcə də qeyri-neft ixracatımızda əsas tərəfadşlarımızın, xüsusən də Rusiya rublunun vəziyyətindən asılıdır. 

Maliyyə nazirinin "qonşu ölkələrdə milli valyutaların dəyərsizləşməsi manata təzyiqi artırır" fikirilərinə münasibət bildirən ekspert qeyd edib ki, əslində bu bizim uzun müddət gündəmdə saxladığımz fikirin rəsmi dəstəklənməsidir:

"Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil. Eyni zamanda, rəsmi statistikaya əsasən, mədən sənayesi ümumi məşğulluğun cəmi 1 faizini formalaşdırır. Fərqli metodologiyadan istifadə olunsa da belə, neft sektorunun məşğulluqda payı 2 faizdən çox deyil. Bu isə o deməkdir ki, məşğulluğun 98 faizi qeyri-neft sektorunda formalaşır"

Vuqar Bayramov qeyri-neft sektorunun da Azərbaycan üçün əhəmiyyətinə toxunub: " Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Bu baxımdan da qonşu ölkələrdə mill valyutaların kursu bizim üçün əhəmiyyətlidir. Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələb yüksələcək. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, vətəndaşlarımızın iki faktora, neftin dünya bazar qiyməti və qonşu ölkələrin, xüsusən də Rusiya rublunun vəziyyətinə diqqət edərək manata təzyiqin olub-olmadığını müəyyənləşdirə bilərlər"

İqtisadçı "ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalar paketi neftin dünya bazar qiymətinə necə təsir edəcək?" sualına da aydınlıq gətirib: 

"Öncədən proqnozlaşdırdığımız kimi, artıq qlobal neft bazarı İrana qarşı tətbiq edilən sanksiyalara adaptasiya olunub. Bu baxımdan, sanksiyaların gücləndirilməsinə baxmayaraq neftin qiyməti nəinki yüksəldi əksinə azaldı. Digər tərəfdən, ABŞ 8 ölkənin İrandan neft almasına növbəti 6 ayda yaşıl işıq yandırdı. Buna görə də, yaxın zamanlarda neftin 1 barelinin qiymətinin 70 dollardan aşağı düşdüyünü görsək heç də təəccüblənməməliyik"

İcbari tibbi sığortanın tətbiqin gecikdirilmə səbəbilə bağlı danışan iqtisadçı Vüqar Bayramov bunun gözlənilən olduğunu bildirib:

"Çünki, hələlik dövlət xəstəxanaları tam olaraq icbari tibbi sığortanın tətbiqinə hazır deyil. Bu sığorta növünün tətbiqi üçün qeyri-leqal məşğulluğun minimumlaşdırılmasına, sığorta şirkətləri ilə hospitalların münasibətlərinin tənzimlənməsinə ehtiyac var. Sığorta paketlərinin məbləği, ödənişin işçi və işə götürən arasında necə bölüşdürülməsi kimi məsələlər də açıq qalıb. Buna görə də, gələn il sizin əmək haqqınızdan icbari tibii sığorta ayırması tutulmayacaq".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Vüqar Bayramov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com