Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
10:35
Rusiya NATO-nu təhdid etdi: hərbi cavab verəcəyik

Rusiyanın XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, NATO-nun ölkə sərhədlərində hərbi varlığını artırmaq cəhdlərinə mütləq cavab veriləcək. FaktXəbər bildirir ki, Sergey Lavrov bu barədə Madriddə ispan həmkarı Josep Borrell ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb.

"Qərb qonşularımızın Rusiya sərhədlərində hərbi baza açmaq və varlığını artırmaq istiqamətindəki addımları hərbi cavabsız qalmayacaq. Bu, Rusiyanın təhlükəsizliyini ciddi təhdid edir və yeni ölkələrin ərazisində daimi olaraq hərbi qüvvələr yerləşdirilməsinin qarşısını almaq üçün imzalanan Rusiya-NATO razılaşmasını pozur",-deyə Lavrov əlavə edib.

Rusiyanın gərginliyi artırmaq istəmədiyini qeyd edən Lavrov, ordular arasında dialoq qurulmasının lazım olduğunu, ancaq NATO-nun bundan qaçdığını və günlərin birində hərbi alyansı Rusiya ilə dialoq qurmaq məcburiyyətində qoyacaqlarını bildirib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya-NATO 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com