Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
09:56
Polşada NATO-nun genişmiqyaslı `Anakonda` təlimləri başlayıb

Çərşənbə günü Polşa ərazisində NATO ölkələrinin genişmiqyaslı "Anakonda-2018" təlimləri başlayır. FaktXeber.com-un MK-ya istinadla verdiyi məlumata görə, hərbçilər adi və hibrid təhlükələrdə strateji müdafiə fəaliyyətini işləyəcəklər.

Təlimlərdə iştirak edəcək əsgərlərin sayı 100 minə yaxındır. Bundan başqa təlimlərə 5000 vahid  müxtəlif texnika, 45 gəmi, 150 təyyarə və helikopter cəlb olunacaq.

Polşa Müdafiə Nazirliyi vurğulayıb ki, təlimlər hər hansı bir dövlətə qarşı edilmir. Lakin ekspertlərin fikrincə manevrlər Belorusiya və Rusiyanın birgə keçirdikləri «Qərb-2017» təlimlərinə cavabdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Təlim 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com