Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
09:44
`Yeni Orfoqrafiya lüğəti 2019-cu ildə təqdim ediləcək`

"Gərgin elmi müzakirələr şəraitində keçən debatlardan sonra "Azərbaycan dilinin orfoqrafiya qaydaları” təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olundu, həmin qaydalar əsasında xalqımızın milli maraqlarına və dövlətçilik prinsiplərinə, ən başlıcası isə Azərbaycan dilinin qrammatik quruluşuna cavab verən yeni orfoqrafiya lüğətinin hazırlanmasına start verildi".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, 2019-cu ilin birinci yarısında yeniləşdirilmiş orfoqrafiya lüğəti xalqa çatdırılacaq: "Bundan başqa, son illərdə bir neçə sahə üzrə izahlı lüğətlərin hazırlanıb nəşr edilməsi də dilimizin ümumi mənzərəsini qorumaq, onun daxili potensialını xalqa çatdırmaq və nəticə etibarilə ana dilinin zənginliklərindən istifadə etmək üçün mükəmməl elmi baza yaratmağa xidmət edir. Heç şübhəsiz, bu qeyd olunanlar nə qədər əhəmiyyətli dilçilik faktları olsalar da, tam yetərli deyildir. Prezident İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı 1 noyabr 2018-ci il tarixli fərmanı Azərbaycan Respublikasının dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur".

Məqalədə : AMEA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
278

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
292

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
533
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 04:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru