Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2018
09:40
1254
`Mikayıl Müşfiqin Xəzərə atılmasını təsdiqləyən sənəd yoxdur`

Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı işlərin gedişatına ölkə başçısının nəzarətindədir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun üzvü, akademik İsa Həbibbəyli deyib.

Akademikin sözlərinə görə, hazırda işçi qrup bu vəzifələrin icrası istiqamətində intensiv iş aparır.

İ.Həbibbəyli qeyd edib ki, hazırda AMEA tərəfindən M.Müşfiqə aid arxiv sənədlərinin araşdırılması və məlumatların toplanılması istiqamətində işlər aparılır:

"Mikayıl Müşfiqin şəxsi işi bizim əlimizdədir, bu iş bizim tədqiqatçılara məlumdur. Oradakı sənədləri diqqətlə öyrənirik. Komissiyaya onun nəticələri barədə məlumatlar verəcəyik".

İşçi qrupunun üzvü əlavə edib ki, M.Müşfiqin güllələnməsi və bundan sonra baş verənlərlə bağlı iki versiya var:

"Bu versiyalardan biri odur ki, M.Müşfiqi Nargin adasında güllələyiblər və daha sonra onu, eləcə də onunla birlikdə güllələnən şəxslərin hamısını Xəzər dənizinə atıblar. İkinci versiya odur ki, onlar kütləvi məzarda dəfn ediliblər. Lakin hər iki versiya şifahi məlumatlardan ibarətdir, xalq yaddaşı əsasında formalaşıb. Bunların heç birini təsdiq edən rəsmi sənəd yoxdur. Ona görə də indi DNT kodunun müəyyən edilməsi çox mühüm məsələdir. Bu istiqamətdə səlahiyyətli rəsmi orqanlar iş aparırlar".

İ.Həbibbəyli hazırda arxivdə işlərini davam etdirdiklərini, araşdırmaların yalnız Azərbaycan arxivlərində aparıldığını da söyləyib:

"Sənədlər elə də çox deyil. Biz br neçə qovluğa baxmışıq. Bizim işimizin nəticələri məlumdur. Belə ki, M.Müşfiqin işində onun güllələnməsi ilə bağlı məlumat var. M.Müşfiq 1938-ci ildə yanvarın 5-dən 6-a keçən gecə güllələnib. Onun işində bu faktı təsdiq edən arayış var. Amma harada güllələnib və harada dəfn edilib? Şəxsi işdə bu barədə məlumatlar yoxdur. Buna görə də indi biz araşdırma üçün digər sənədlər axtarırıq".

Məqalədə : Mikayıl Müşfiq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İnquşetiya prezidenti istefa verdi

24

İyun
20:35
DÜNYA
87

Sami Yusuf Bakıdadır - FOTO

24

İyun
19:55
MARAQLIDIR
1782

Diqqət! Tıxac var

24

İyun
16:56
NƏQLİYYAT
536

"Kənd təsərrüfatına gənclər cəlb edilməlidir"

24

İyun
16:05
İQTİSADİYYAT
1636

Zelenski üç qubernatoru işdən qovdu

24

İyun
15:38
DÜNYA
1763

AŞ PA-nın yay sessiyası işə başlayıb

24

İyun
15:32
SİYASƏT
2008

Günün qarşılaşmaları TV AFİŞA

24

İyun
15:25
İDMAN
1304

Yeni nazir əməliyyat müşavirəsi keçirib

24

İyun
14:05
HÜQUQ,HADİSƏ
819
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 03:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru