
“Maliyyə Nazirliyi elə bir qurumdur ki, ştatların artırılması məsələsinin qarşısını almağa da xidmət edir. Bu, daimi prosesdir”
Bunu maliyyə naziri Samir Şərifov parlamentdə deputatların suallarına cavab verərkən deyib.
O qeyd edib ki, ştatlar bir qədər azaldılır, ancaq sonradan min səbəb tapılır ki, ştatlar artırılır. “Bəzi dövlət büdcəsindən maliyyələşən təşkilatların təşkilatı hüquqi forması dəyişdirilib. Yəni, söhbət publik hüquqi şəxsdən gedir. Ancaq bu belə onların dövlət büdcəsindən asılılığını azaltmayıb. Yalnız bir neçəsi müstəqildir. 396 milyon manat vəsait publik hüquqi şəxslərin fəaliyyət göstərilməsi üçün artırılıb. Cənab prezidentin tapşırığı odur ki, dövlət aparatı daha səmərəli fəaliyyət göstərsin”.
***
Nazir həmçinin, təhsil kreditləri məsələsinə də toxunub. O etiraf edib ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var: “Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-cu ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq.
Digər məsələ təhsil kreditləri ilə bağlıdır. Bu yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Problem ondadır ki, bir tərəfdən təhsil krediti alanların həmin o krediti qaytarması məncə, böyük bir sualdır. Bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər. Yaxşı buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq.
Xaricdə bu məsələ belə qurulub. Kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, problemi kütləvi şəkildə həll edəcək”.(Qafqazinfo)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul oluna
19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
17-10-2019 10:08 Samir Şərifov: "Büdcə sistemi haqqında" Qanuna dəyişiklik ediləcək
12-01-2019 10:38 Samir Şərifov: “İcmal büdcədə 4 milyard 700 milyon manat büdcə artıqlığı əld
07-12-2018 09:23 Samir Şərifovun manatla bağlı fikrinə nazirlikdən şərh
05-12-2018 10:28 Nazirdən açıqlama: Manatın möhkəmlənməsi Azərbaycana lazım deyil
- 23-06-2020 10:11 AMB-nin valyuta məzənnələri
- 23-06-2020 09:30 Nefti qiyməti bahalaşmağa başlayıb
- 19-06-2020 17:55 İyunun 22-də dolların manata qarşı məzənnəsi
- 19-06-2020 09:26 İyunun 19-da xarici valyutaların manata qarşı məzənnələri
- 18-06-2020 17:44 İyunun 19-da dolların manata qarşı məzənnəsi
- 18-06-2020 10:16 AMB-nin valyuta məzənnələri
- 17-06-2020 17:30 Sabaha olan xarici valyutaların manata qarşı məzənnələri
- 17-06-2020 09:20 Xarici valyutaların manata qarşı məzənnələri
- 16-06-2020 17:30 İyunun 17-də dolların manata qarşı məzənnəsi
- 16-06-2020 09:25 Bu günə xarici valyutaların manata qarşı məzənnələri
- 15-06-2020 10:00 Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb
- 12-06-2020 17:42 İyunun 16-da dolların manata qarşı məzənnəsi
- 12-06-2020 09:26 Xarici valyutaların manata qarşı məzənnələri
- 11-06-2020 17:22 Sabaha xarici valyutaların manata qarşı məzənnələri
- 11-06-2020 10:53 Azərbaycan nefti yenidən bahalaşıb
- 11-06-2020 09:10 Bu günə xarici valyutaların manata qarşı məzənnələri
- 10-06-2020 17:15 İyunun 11-də dolların manata qarşı məzənnəsi
- 10-06-2020 09:12 Xarici valyutaların manata qarşı məzənnələri
- 09-06-2020 09:44 Xarici valyutaların manata qarşı məzənnələri
- 08-06-2020 09:37 Xarici valyutaların manata qarşı məzənnələri
- 08-06-2020 09:10 Dünya bazarlarında təbii qaz ucuzlaşıb, neft bahalaşıb
- 06-06-2020 10:39 Dünya bazarlarında təbii qaz ucuzlaşıb, neft bahalaşıb
- 04-06-2020 11:57 Pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 146 mln. manatdan çox maliyyə dəstəyi göstərilib
- 04-06-2020 09:42 İyunun 4-də xarici valyutaların manata qarşı məzənnələri
- 03-06-2020 17:27 İyunun 4-də dolların manata qarşı məzənnəsi