Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
12:41
Konte `Çelsi`dən 23 milyon tələb edir

"Çelsi"nin sabiq baş məşqçisi Antonio Kontenin London klundan istədiyi təzminatın məbləği məlum olub. Qol.az- "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis vaxtından əvvəl istefaya göndərildiyi üçün "zadəganlar"dan 23 milyon avro tələb edir. Ancaq "Çelsi" rəhbərliyi Kontenin tələbi ilə razılaşmır.

Üstəlik klubun vəkilləri çalışdırıcını bəzi öhdəliklərini yerinə yetirməməkdə günahlandırır. Onlar iddia edirlər ki, Konte komandanın sükanı arxasında olarkən paytaxt təmsilçisinin tərəfdaşları ilə olan sponsorluq öhdəliklərini pozur, həmçinin öz şəxsi avtomobilini bazanın yaxınlığında nəzərdə tutulan dayanacada park etmir və tez-tez mətbuat konfranslarına gecikirdi.

Qeyd edək ki, mövsümün əvvəlində Konteni istefaya göndərən "Çelsi" onun əvəzinə Mauritsio Sarrini baş məşqçi təyin edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Konte 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com