Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
12:13
Bu il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı açıqlanıb

Azərbaycandan ötən ay Gürcüstana 110 955 nəfər səfər edib. Bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycandan Gürcüstana səfər edənlərin sayında illik müqayisədə 4,7% artım qeydə alınıb. Bu ilin yanvar-oktyabr aylarında isə Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayı 1 205 802 nəfər təşkil edib. Bu da ötən ilin eyni göstəricisindən 10,3% çoxdur.

İlin ilk 10 ayı ərzində qonşu ölkəyə səfər edənlərin sayı baxımından Azərbaycan Rusiyadan (1 249 072 nəfər) sonra ikinci yeri tutub. Üçüncü yerdə isə 1 063 389 nəfərlə Ermənistan qərarlaşıb. 

Oktyabr ayında Gürcüstana ümumilikdə, 719 140 nəfər əcnəbi ziyarətçi səfər edib ki, bu da illik müqayisədə 9% çoxdur. Səfər edənlərin 407 221 nəfərini turistlər təşkil edib.

İlin ilk 10 ayında isə qonşu ölkəyə ümumilikdə, 7 507 517 nəfər əcnəbi baş çəkib. İllik müqayisədə bu göstərici 11% çoxdur. Ziyarətçilərin 4 719 323 nəfəri turist olub.

G.Çoqovadze həmçinin deyib ki, bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir 2,571 mln. dollar təşkil edib. Bu məbləğ ötən ilin analoji göstəricisindən 20,5% yaxud 438 mln. dollar çoxdur. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Gürcüstan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com