Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
11:34
Bakıda şirkət borcu olan qadını rüsvay etdi - FOTO

Bakıda “ABC Telecom” şirkəti onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa edib.

Şirkət qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib. 

“ABC Telecom” Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qadının 1583 manat borcunun ödənilməsi üçün qərar çıxarıb. Xanım borcu ödəməyib və şirkət onun  şəklini Səbail rayonu ərazisində binalara yapışdırıb. 

Bəs, qadının şəklinin binalara yapışdırılması düzgündürmü?

Vəkil Xəyal Bəşirov oxu.az-a bildirib ki, şirkətin belə bir addım atması qanunsuzdur:

“Məhkəmə qətnaməsi varsa, işin icrasının həlli məhkəmə icraçılarının səlahiyyətinə keçir. Yəni işlə bağlı məhkəmə qətnaməsi varsa, şirkətin bu cür addım atması düzgün deyil”.

Vəkil qeyd edib ki, beynəlxalq təcrübədə belə hallar var:

“Kollektorlar banka borcu olanların yaşadığı ərazidə bu cür tədbirlər görürlər ki, vətəndaş pulu ödəsin. Ancaq bu məhkəməyə qədər olur. Məhkəmə qətnamə qəbul edirsə, şirkət heç bir addım ata bilməz”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bank borcu 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com