Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
10:59
Lavrov: ABŞ prezidenti Donald Tramp ağıllı adamdır

Rusiyanın XİN rəhbəri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın ağıllı adam olduğunu, Rusiya ilə münasibətləri inkişaf etdirmək istədiyini bildirib.

FaktXəbər-in məlumatına görə, Lavrov İspaniyanın "Əl-Pais" qəzetində verdiyi müsahibədə, Trampın Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün fərqli müstəvilərdə fəaliyyət göstərdiyini xatırladıb.

Trampın ABŞ-Rusiya arasında dialoqu daha yaxşı hala gətirmək və müxtəlif məsələlərdə təmas nöqtələri tapmaq istədiyini deyən Lavrov, "ABŞ prezidenti Tramp ağıllı adamdır. ABŞ-ın maraqları onun üçün ilk sırada yer alsa da, Rusiya ilə sabit və proqnozlaşdırılan iş birliyinin amerikalılar üçün nəticəsiz münaqişələrin davam etdirilməsindən daha faydalı olduğunu anlayır", söyləyib.

Lavrov həmçinin Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasının Vaşinqtondakı siyasətçilərin aktiv şəkildə "Rusiya kartı"ndan istifadə etməsindən zərər gördüyünü də vurğulayıb.

Suriyada Rusiya ilə İsrail arasındakı təhlükəsizlik əlaqələri haqqında da danışan Lavrov, Suriyada aparılan hərbi əməliyyatlarda Rusiya ordusunu xəbərdar etmək barədə İsrailin hər zaman öhdəliklərini yerinə yetirmədiyinə diqqəti çəkib.

Keçən ilin martında İsrail təyyarələrinin Palmiranı bombalaması zamanı Rusiya əsgərlərinin həyatını təhlükəyə atdığını xatırladan Lavrov, ölkəsinin hər səviyyədə bu vəziyyətin faciəli nəticələrə səbəb ola biləcəyi xüsusunda İsraili xəbərdar etdiyini, buna baxmayaraq, İsrail ordusunun hava hücumlarını davam etdirdiyini bildirib.

Lavrov həmçinin sentyabrda Rusiya kəşfiyyat təyyarəsi İl-20-nin vurulduğunu və 15 rus əsgərinin həlak olduğunu da xatırladıb.

Məqalədə : Lavrov Tramp 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 3-cü gününün duası - AUDİO

15

Aprel
20:00
MƏNƏVİYYAT
60

ABŞ-ın dövlət katibi İraqa gedib

15

Aprel
15:59
DÜNYA
276

"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırıb

15

Aprel
15:30
BÖLMƏNİ DÜZ SEÇ!
191

“Zəfər yolu”nun inşasından son - Fotolar

15

Aprel
13:09
NƏQLİYYAT
221

Türkiyənin yeni səfiri Bakıya gəlir

15

Aprel
12:29
SİYASƏT
513

Ramazan orucu nə zamandan tutulur?

15

Aprel
11:59
MƏNƏVİYYAT
305

Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi

15

Aprel
11:52
HÜQUQ,HADİSƏ
263

Azərbaycan nefti kəskin bahalaşıb

15

Aprel
10:59
İQTİSADİYYAT
342

Tokio-2020 ləğv oluna bilər

15

Aprel
10:37
DÜNYA
368
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-04-2021 20:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru