Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
10:47
`Mançester Yunayeted`in oyunçusu NATO-ya etiraz etdi - FOTO

İngiltərənin "Mançester Yunayted" klubunun serb üzvü Nemanya Matiç diqqət mərkəzinə düşüb. FaktXəbər bildirir ki, buna səbəb onun şənbə günü "Bournemouth"la oyuna çıxarkən formasına çiçək taxmaqdan imtina etməsidir. 

"Telegraf" qəzeti yazır ki, futbolçu oyundan öncə soyunub-geyinmə otağında formasına çiçək vurulduğunu görüb. Bunun izahını soruşduqda ona ingilis və NATO nəzdində ölən əsgərləri anmaq mənasını verdiyi deyilib.

Nemanya Matiç digər futbolçulardan fərqli olaraq çiçəyi formasında gəzdirməkdən imtina edib və NATO əsgərlərini anmaq istəmədiyini bildirib. "Siz mənim ölkəmi partlatmısınız, bunu üzərimdə gəzdirməyim mümkünsüzdür. Əgər lazımdırsa elə bu dəqiqə klubu və İngiltərəni tərk edə bilərəm",-deyə futbolçu məsələyə reaksiya göstərib.

Qeyd edək ki, İngiltərə Futbol Federasiyasının qaydalarına görə, həmin anma simvollarını futbolçuların taxma zərurətləri yoxdur. Bu səbəbdən futbolçu cəzalandırılmayıb. 

Matiç məsələ ilə bağlı dünən Twitter hesabında yazıb ki, münaqişələrdə yaxınlarını itirən hər kəsin kədərini bölüşür. Lakin bu simvol ona 12 yaşında uşaq olarkən 1999-cu ildə ölkəsinin NATO tərəfindən bombalanmasını xatırladıb.

Xatırladaq ki, İngiltərənin də yer aldığı NATO qüvvələri 1999-cu ildə aylarla Yuqoslaviyanı bombalamış, hava hücumları nəticəsində təxminən 2 min 500 nəfər həyatını itirmiş, 12 min nəfər yaralanmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Matiç 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 10:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com