Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Noyabr

2018
10:00
`Sanksiyalar Azərbaycanın İrana verdyi 500 milyon kreditə ciddi təsir edə bilər`

Dünəndən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların daha kəskin hissəsi qüvvəyə minib. Bu dəfə məhdudiyyətlər İranın neft sənayesini hədəfləyib.

Sanksiyalar barədə danışan ABŞ prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hazırkı sanksiyalarının ən ağır sanksiyalar olduğunu bildirib. İran prezidenti Həsən Ruhani də yeni sanksiyalara dərhal reaksiya verib. O bəyan edib ki, ölkəsi neft ixracını davam etdirəcək və rəsmi Vaşinqtonu “peşman edəcək”.

Bəs görəsən İranla iqtisadi sahədə yaxınlıq edən Azərbaycan necə, bu sanksiyaların yaratdığı çətinliklərdən ziyan çəkə bilərmi?

Azərbaycanın İrandan qaz almasına sanksiyaların təsirindən danışan ekspert İlham Şabanın sözlərinə görə, 2016-cı ildən etibarən Azərbaycan cənub qonşusundan qaz almır: “Ona qədər İranla svop əməliyyatı həyata keçirilirdi: Naxçıvan üçün. Amma 2016-cı ilin oktyabrından bəri bizim İran üzərindən aldığımız qazın mənbəyi İran deyil. Azərbaycan, sadəcə, Türkmənistan qazını İran vasitəsilə alır. Burada İran yalnız tranzit ölkə kimi çıxış edir. Sanksiyalar isə tranzit sahəsini əhatə etmir. Digər tərəfdən, Azərbaycanın Türkmənistandan qaz alması regionun enerji təhlükəsizliyi baxımından əhəmiyyətli layihə hesab olunur”.

Azərbaycan İranla Şimal-Cənub nəqliyyat dəhlizinin formalaşdırılması sahəsində ciddi əməkdaşlıq edir. Hətta rəsmi Bakı ötən il dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi üçün İrana 500 milyon dollar dəyərində kredit də ayırıb. İ.Şabanın sözlərinə görə, bu layihənin icrasında sanksiyalar üzündən problemlər yarana bilər. Noyabrın 2-də ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən bildirişdə konkret göstərilir ki, sanksiyalar bilavasitə İranın nəqliyyat, maliyyə sektorunu da əhatə edir. Ekspertin sözlərinə görə, bu o deməkdir ki, Azərbaycanla birgə olan dəmiryol layihəsinin də icrasına əngəllər yarana bilər: “Məsələ burasındadır ki, layihəni alman şirkəti icra etməliydi, hansı ki, həmin şirkət artıq İranı tərk edib. Bu baxımdan, o layihənin icrasında problem qaçılmazdır”. ("Yeni Müsavat")

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İlham Şaban 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 17:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com