Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
15:56
Cabir İmanova DTX-da vəzifə verildi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə yeni direktor təyin edilib.

Faktxeber.com Unikal.org-a istinadən məlumat verir ki, mərkəzin baş direktor vəzifəsinə əməkdar artist Cabir İmanov təyin olunub.

Mədəniyyət Mərkəzindən xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas.

1992-2001-ci illərdə “Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci il KVN “Əsrin Çempionu” olub.

2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Ailəlidir, üç övladı var.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Cabir İmanov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com