Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
15:51
HHQ-nin Bölmələrin idarəedilməsi və texniki-nəzarət mərkəzinin açılışı olub

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində Bölmələrin idarəedilməsi və texniki-nəzarət Mərkəzinin açılışı keçirilib.

Bu barədə FaktXəbər-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüşü idarəetmə məntəqəsinə, rabitə qovşağına, idarəetmə cihazlarının test və təmiri laboratoriyasına, idarəetmə üzrə mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulmuş simulyatorlara, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçiriblər.

Müdafiə nazirinə məruzə edilib ki, mərkəzin təyinatı müxtəlif növ hərbi aviasiyanın uçuşlarının idarəedilməsi, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasının təmin edilməsidir.

Mərkəzdə yaradılan şəraitlə tanış olan müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : HHQ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 11:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com