Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
14:47
Saxta pulların dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

Abşeron rayonu ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb, onlardan saxta əskinaslar götürülüb.

DİN-dən FaktXəbər-ə verilən məlumata görə, cari il oktyabr ayının 28-də Xırdalan şəhər sakini G.Hüseynova Abşeron RPİ-yə müraciət edərək oktyabrın 27-də şəhər ərazisindəki satıcı işlədiyi şirniyyat evinə gəlmiş naməlum qadının aldığı şirniyyatın müqabilində ona 1 ədəd 50 manatlıq saxta əskinas verməsini bildirib.

Noyabrın 2-də Masazır qəsəbə sakini Adilə Sadıqova Abşeron RPİ-yə müraciət edərək həmin gün qəsəbə ərazisində səyyar ticarətlə məşğul olarkən naməlum qadının aldığı balığın müqabilində ona 1 ədəd 50 manatlıq saxta əskinas verməsini bildirib.

Qeyd edilən əskinaslar polis əməkdaşlarına təqdim edilmişdir.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pul verməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Nərgiz Mirzəyeva və oğlu Namiq saxlanılıb, onlardan 1 ədəd 100 manatlıq və 1 ədəd 50 manatlıq saxta əskinaslar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : saxta pul 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 00:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com