Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
14:32
Kaşıkçının oğlanları atalarının cəsədi üçün Ər-Riyada müraciət edib-VİDEO

İstanbulda öldürülən səudiyyəli müxalif jurnalist  Camal Kaşıkçının (Xaşuqi) oğlanları  Salah və Abdulla Səudiyyə rejimindən atalarının cəsədlərini vermələrinə çağırıblar. FaktXeber.com-un verdiyi məlumata görə, onlar bu barədə CNN-ə müsahibəsində bəyan ediblər.

Saleh bildirib ki, öldürülən jurnalistin ailəsi hazırda ancaq onun nəşini Mədinə qəbiristanlığında – digər qohumlarının yanında dəfn edilməsini istəyir. 

«Mən bu barədə Səudiyyə Ərəbistanının hökumət başçıları ilə danışdım və sadəcə ümid edirəm ki, bu, ən yaxın günlərdə baş verəcək», - deyə o, vurğulayıb.

Abdulla Kaşıkçı əlavə edib ki, o, atasının tez və işgəncəyə məruz qalmadan öldüyünə, ya da sakit şəkildə həyatla vidalaşdığına inanmaq istəyir.

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbulldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girir. Həmin vaxt onun nişanlısı binanın yaxınlığında 11 saat gözləsə də, o çıxmır.

Konsulluq isə Kaşıkçının orda az müddət olduğunu bildirib.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də  türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

Əl-Cəzirə jurnalistin Baş Konsulluğa girdikdən 7 dəqiqə sonra öldürüldüyünü bildirib.

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı  jurnalist Camal Kaşıkçının  İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi. Dövlət televiziyası ilə çıxış edən prokuror bəyan etdi ki, jurnalist səfirlikdə rast gəldiyi insanlarla münaqişə nəticəsində öldürülüb. Bu insanların kim olduğu isə açıqlanmır. Prokurorun sözlərinə görə, onlarla Kaşıkçı arasında düşən mübahisə davaya çevrilib, nəticədə jurnalist öldürülüb.

Prokuror vurğulayıb ki, Kaşıkçının ölümü ilə əlaqədar Səudiyyə Ərəbistanının 15 vətəndaşı saxlanılıb, ölkə kəşfiyyatının yüksək rütbəli məmuru  general Əhməd Asiri və məhkəmə müşaviri  Səud əl-Kahtani istefaya göndərilib.

59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.

Jurnaltst 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kaşıkçı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 21:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com