Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
14:17
1081
Ukraynada azərbaycanlı ailə yoxa çıxıb

Ukraynanın Luqansk vilayətinin Aleksandrovsk şəhərində yaşayan azərbaycalnlı ailə artıq bir həftədir ki, yoxa çıxıb.

Bunlar ailə başçısı, əslən Azərbaycanın Şəmkir rayonundan olan, 1980-cı il təvəllüdlü iş adamı Məmmədov Qiyas Şahmar oğlu, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Larisa Tacir qızı, ailənin 14 yaşlı üzvü Məmmədova Sonya Qiyas qızı və 12 yaşlı üzvü Məmmədov Ruslan Qiyas oğludur.

Azərbaycanlı ailə Ukraynanın şərqində münaqişə başlayandan sonra 2014-cü ildə yaşadıqları şəhəri tərk edərək Odessa şəhərinə köçsələr də, 2 il sonra yenidən Aleksandrovsk şəhərinə qayıdıblar. Ötən həftə isə Luqansk şəhərinə yaxınlarına qonaq getmək məqsədi ilə evdən çıxan ailə getdikləri ünvana çatmayıb, onlarla bütün əlaqələr tamamilə kəsilib. Yerli polis ailənin axtarışı barədə elan verib.

Qeyd edək ki, Luqansk şəhəri tanınmayan “Luqansk Xalq Respublikası”nın nəzarətindədir.(Report)

Məqalədə : Ukrayna 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
65

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
59

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
627

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1703
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 13:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru