Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
12:59
1187
Tramp: Səud əsgərləri silahdan istifadə edə bilmir

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinin cari ilin avqust ayında Yəməndə uşaqlarla dolu avtobusu vurmasını istehza ilə şərh edərək, baş verənləri faciə adlandırıb.

FaktXeber.com-un məlumatına görə, bu barədə Axios  portalı xəbər verib.

«Avtobusla və uşaqlarla baş verənlər  dəhşətli hadisədir… Səudiyyə Ərəbistanının əsgərləri sadəcə silahdan necə istifadə olunduğunu bilmirlər… Mən orduda silahdan istifadəni bacarmayan və uşaqlarla dolu avtobusa atəş açan insanları saxlamazdım», - deyə Tramp bəyan edib.

Xatırladaq ki, avqust ayında Yəmənin Saada əyalətinin Dahian  şəhərində uşaqlarla dolu avobus Səudiyyə başda olmaqla Koalisiya Qüvvələrinin aviazərbələrə məruz qalmışdı. Beynəlxalq  Qırmızı Xaç Cəmiyytəinin  məlumatına görə, nəticədə 40-ı uşaq olmaqla 51 nəfər həyatını itirib.

Səudiyyə başda olmaqla koalisiya qüvvələri Yəməndə məktəb avtobusunu vurduğunu etiraf edib. Onlar uşaqlarla dolu ictimai nəqliyyatı "səhvən bombaladığını" deyib.

CNN öz araşdırmasının nəticəsi olaraq bildirib ki, bomba ABŞ-da hazırlanıb və Səudiyyə Ərəbistanına satılıb.

Human Rights Watch baş verənləri müharibə cinayəti adlandırıb. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti ilə yaradılan beynəlxalq Yəmən heyəti müharibənin hökm sürdüyü ölkədə fərari prezident Mənsur Hadinin və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın müharibə cinayəti törətdiyinə dair əsaslar olduğunu açıqlayıb. 

Amerika tərəfi BMT Təhlükəsizlik Şurasına və Beynəlxalq Cinayət Məhkəməsinə Dahyanda baş verən müharibə cinayətini araşdırmağı yasaqlayıb. FaktXeber.com-un RT-yə istinadla məlumatına görə, bu barədə Yəmənin Hüquqi məsələlər üzrə naziri Əbdülrəhman Əl-Muxtar bəyan edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2019 13:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com