Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
11:52
BNA “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub

Azərbaycan Mərkəzi Bankı cərimə, vergi, rüsum, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə yaradılmış “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

FaktXəbər bildirir ki, bu barədə qurumun açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birgə fəaliyyət nəticəsində təşkilatın daxili informasiya resursu portala inteqrasiya olunmuş, dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələr üzrə ödənişlərin portal vasitəsilə qəbul edilməsi təmin edilib.

Noyabrın 2-dən balayaraq BNA-nın cərimə etdiyi fiziki və hüquqi şəxslər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və “Azərpoçt” MMC-nin 2 000-dən çox filial və şöbələrində, 1 000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və İOS platformalı) istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada ödənişlərini apara bilərlər.

Məqalədə : BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
17823

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
16447

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
17842

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
17401

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
22855

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17336

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
17455
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-08-2020 13:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru