Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
11:29
Elmar Məmmədyarov: Azərbaycanda hamı sizin probleminizi başa düşür

Azərbaycan ədalətsizlikdən, o cümlədən torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunmasından əziyyət çəkir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstin dövlətinin Asiya qitəsindəki səfirlərinin konfransında deyib.

Nazir bildirib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi qətnamələr hələ də yerinə yetirilmir. İşğal olunmuş ərazilərdə azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Bizim məsələmizdə qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını açıq şəkildə ifadə edən 4 qətnamə qəbul olunub. Onlardan birincisi 1993-cü ildə qəbul edilib, lakin indiyə qədər tətbiq olunmayıb və münaqişə həll olunmamış qalır. Odur ki, Azərbaycanda hamı sizin probleminizi başa düşür.

O həmçinin qeyd edib ki, Azərbaycan Fələstinə, o cümlədən Yaxın Şərq münaqişəsinin həllində tam dəstək göstərir. Fələstinin BMT-nin tamhüquqlu üzvü olacağına əminik. Bu, artıq baş verir. Ümid edirəm ki, bir gün bu, mütləq baş verəcək. Mənim üçün bu aydın məsələdir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fələstin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 17:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com