Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Noyabr

2018
10:56
`Azərbaycanın Qüds məsələsində verdiyi dəstək bizim üçün çox vacibdir`

"Gələn il Azərbaycan və Fələstin nazirlikləri arasında Komitənin ilk iclasının keçirilməsi planlaşdırırılır".

Bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Bakıda keçirilən Fələstin dövlətinin Asiyadakı səfirlərinin iclasında bildirib.

O deyib ki, görüşün Fələstində keçirilməsi nəzərdə tutulub.

XİN başçısı vurğulayıb ki, Fələstinə üçün Azərbaycanın bütün məsələlərdə, o cümlədən Qüds məsələsində verdiyi dəstək çox vacibdir.

"Fələstinə yardımınız və səyləriniz üçün təşəkkür edirik. Azərbaycan Fələstinə yardım fondlarına 5 milyon dollar ayırıb. Qüds məsələsində Azərbaycanın bizi dəstəkləməsi bizim üçün çox vacibdir. Ölkələrimiz əlaqələri inkişaf etdirir və ümidvarıq ki, bundan sonra onlar daha da möhkəm olacaq. Həmçinin gələn il Fələstində nazirliklərimizin Komitəsinin ilk iclasını keçirməyi planlaşdırırıq", - o diqqətə çatdırıb.(Report)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fələstin 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 18:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com