Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Noyabr

2018
14:06
Deputat Vahid Əhmədov nazirin müdafiəsinə qalxdı

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.

Belə ki, nazir Elmar Məmmədyarovun ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.

Nazir ciddi tənqidlərə tuş gəlib. Həm sosial şəbəkə istifadəçiləri, həm də bəzi deputatlar Elmar Məmmədyarovu Azərbaycan dilini təmiz bilməməkdə qınayıblar.

Geniş diskussiyalara səbəb olan məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlama verib.

Vahid Əhmədov Elmar Məmmədyarova qarşı səsləndilən fikirlərlə razı olmadığını qeyd edib.

“Elmar Məmmədyarov bir çox xarici dilləri bilir. Ola bilər ki, məhz bu səbəbdən Elmar müəllimin ana dilində danışmasında müəyyən nöqsanlar olsun. Əsas odur ki, Elmar Məmmədyarov vətənpərvər insandır. Peşəkar siyasətçidir. Mən ona qarşı səsləndirlən fikirlərlə razı deyiləm”.

V.Əhmədov Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarovun açıqlaması ilə tanış olduğunu bildirib.

“Məhərrəm müəllim çox haqlı olaraq qeyd edib ki, Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki! Mən onun bu fikirləri ilə razıyam”. (Modern.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Vahid Əhmədov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-11-2018 11:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com