Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2018
12:16
`Mübarizə` bədii filmin qala-gecəsi keçirilib

Park Cinema Flame Towers-də "Mübarizə" bədii filmin qala-gecəsi keçirilib. FaktXəbər-in məlumatına görə, filmin təqdimatında tanınmış mədəniyyət, incəsənət xadimləri, aktyorlar həmçinin media nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, film Milli Qəhrəman Mübariz İbrahimova və xalqımızın igid oğullarına Qarabağın erməni işğalçılarından azad olunmasında həsr olunub.

Qeyd olunub ki, filmin əsas süjet xətti Azərbaycan Milli Ordusunda xüsusi təyinatlı bölmədə xidmət edən Mübariz Hüseynovun ətrafında cərəyan edir. Moskvada yaşayan və ticarətlə məşqul olan Həsən (qəhrəmanımızın qardaşı) erməni diasporası tərəfindən amansızcasına qətlə yetirilmiş və bədbəxt hadisə kimi qələmə verilmişdir. Bu qətlə məharətlə don geydirən ermənilər hadisənin ört-basdır etdiyini düşünsələr də, Mübariz Hüseynov qatillərin izinə Nastya (Həsənlə ticarət əlaqəsi olan biri) adlı qızın vasıtəsi ilə çıxır və baş verən hadisəni araşdırmağa başlayır. Araşdırmalar onu Moskvada şaxələnən erməni diasporası ilə üz-üzə qoyur. Əsl düşmənin kökü səngərlərdə döyüşən erməni əsgərlərinin deyil, əksinə dünya erməniçiliyini inkişaf etdirən və bu yolda cinayətlər törətməkdən belə çəkinməyən erməni lobbisi və diasporasının olduğu üzə çıxır. Qardaşının qətlini araşdırarkən Mübariz ermənilərin Moskvada törətdikləri bir çox cinayətləri ifşa edir və qisas almaq qərarına gəlir. Bu yolda ona uşaqlıq dostu olan Həmzə kömək edir.

Film Bakı, Moskva, Nyu-York, Mayami, Paris və İstanbul şəhərlərində çəkilib.

Ssenari üzrə bədii rəhbər və redaktor Rəna Əkbərovadır.

Ssenari müəllifi və rejissor - Rəşad Süleymanoğlu, bədii rəhbər - Elmar Bayramov, quruluşçu operator - Məhəmməd Ağa, montaj - İlkin Eminov, Səbuhi Sadiqov, Məmmədağa Vəliyev.

Rollarda: Murad Abdullayev, Əli Nəcəfi, Tehranə Bəhruzi, Yalçın Nəzərov, Aleksandra Biryukova, Tural Şəfiyev, Sübhi Fərəcov, Anita Tağıyeva, Yaroslav Trifonov və başqaları.

Qeyd edək ki, "Mübarizə" filminə Nizami Kino Teatrında, Park Bulvarın, Metro park, Flame Towers,  Zaqulba kino zallarında baxa bilərsiniz.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 17:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com