Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2018
13:29
Məktəbi vaxtından əvvəl bitirmək istəyən şagirdlərdən müraciətlərin qəbuluna başlanılıb

Azərbaycanda şagirdlərin ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmələri üçün müraciətlərin qəbuluna başlanılıb.

FaktXeber.com-un verdiyi məlumata görə, orta məktəbi vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur.

Fiziki sağlamlıq və psixoloji dayanıqlıq, qeyri-standart düşünmə, tədris materiallarını asan və şüurlu mənimsəmə, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə, xarici dili sərbəst öyrənmə və aydın, rabitəli nitq və çevik təfəkkür şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən başlıca keyfiyyətlər sayılır.

Bunun üçün hər il noyabr ayından gec olmayaraq müəllimlər və məktəb psixoloqu təhsil ocağının direktoruna əsaslandırılmış birgə təqdimat ünvanlamalıdırlar. Məsələ valideynin iştirakı ilə məktəbin Pedaqoji Şurasında müzakirə olunub müvafiq qərar qəbul edilir.

Yerli təhsili idarəetmə orqanı həmin təqdimatla əlaqədar komissiya təşkil edir. Komissiyanın rəyi müsbət olduğu halda məktub Təhsil Nazirliyinə göndərilir.

Təhsil Nazirliyinin yekun rəyi əsasında şagirdin ikinci yarımildə məktəbə gəlməməsi və növbəti sinifdə təhsilini davam etdirməsinə razılıq verilməsi barədə məktəbin rəhbərliyi yazılı məlumatlandırılır. Məsələ məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin VIII və X sinif üzrə illik qiymətləri onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məktəb şagird 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 19:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com