Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2018
15:37
1441
Azərbaycan istifadəçiləri kiber-risklərlə qarşılaşıb

"Kaspersky Lab” şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, Azərbaycanda internet istifadəçilərinin 41%-nin rəqəmsal qurğuları zərərverici proqramlara yoluxub.

FaktXəbər bildirir ki, onlardan təxminən hər ikincisi üçün buna bənzər münaqişələr son bir il ərzində ən azı iki dəfə baş verib. Nəticədə, istifadəçilərin təqribən yarısı fayllarını itirib (45%) və ya qurğunun ağır işləməsini (43%) müşahidə edib. Zərərçəkmişlərin hər beşincisi qurğunun bloklanması ilə rastlaşıb, istifadəçilərin 13%-nin qurğusunda fayllar şifrlənib.

Qurğuların yoluxdurulmasının klassik ssenarisindən başqa Azərbaycan istifadəçiləri həm də digər kiber-risklərlə qarşılaşıb. Məsələn, istifadəçilərin 21%-i tərkibində hər hansı servisin parolu olan məlumat göndərib ki, bu da informasiyanın məxfililiyinin qorunmasını zərbə altına qoyub. İstifadəçilərin 19%-i trollinqin qurbanına çevrilib, yəni, internetdə təcavüzkar təqibə və təhqirə məruz qalıblar, 15%-i isə oğurluq və ya itki nəticəsində içində məlumatlar saxlanılan smartfonlarından məhrum olub. Müxtəlif veb-servislər tərəfindən hesabların sındırılması ilə respondentlərin 9%-i rastlaşıb, bunlar əsasən sosial şəbəkələrdəki hesablar olub (78% hallarda).

Kibertəhdidlər biznes-istifadəçilər üçün də vacib sənədlərin itkisinin səbəbinə çevrilib. Belə hallarla şirkətlərdə yüksək vəzifə tutan və biznes üçün vacib qərarlar qəbul edən tədqiqat iştirakçılarının 32%-i rastlaşıb. Daha 18%-i isə bildirib ki, hücum nəticəsində şirkətə maliyyə zərəri dəyib. Ümumiyyətlə, korporativ istifadəçilərin dörddə birindən çoxu (28%-i) işdə qurğuda zərərverici proqram təminatına yoluxub. Hər onuncu istifadəçi fişinq qurbanına çevrilib. Təxminən hər 20-ci şirkətdə şifrləyicilər və ya məqsədli hücumlarla bağlı hallar yaşanıb.

“Bu gün kibertəhdidlərin müxtəlifliyini saymaq mümkün deyil. Cinayətkarlar hücumlar üçün çoxfunksiyalı alətlər yaradır, onlardan istifadə edirlər, artıq “dövriyyəyə” buraxılmış zərərvericilərin funksionallığını daim dəyişir və genişləndirirlər, və bu da onlara məqsədlərinə – istifadəçilərin məxfi məlumatlarını əldə etmək – daha tez çatmağa imkan verir. Kibercinayətkarların zərərli proqramlarından və fırıldaqçı tələlərindən həm sıravi istifadəçilər, həm də böyük şirkətlər ziyan çəkir. Məhz buna görə bu gün məlumatların və qurğuların qorunması həm zəruridir, həm də rəqəmsal aləmdə yaşamağın baza qaydasıdır, şirkətlərin isə əməkdaşların təlimlərinə diqqət yetirməsi olduqca vacibdir”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Qeyd edək ki, tədqiqat “Kaspersky Lab”ın sifarişi ilə 2018-ci ilin oktyabr ayında ERA şirkəti tərəfindən keçirilib. Fərdi müsahibələr çərçivəsində Azərbaycanda yaşı 18-dən 65-dək olan 300 aktiv internet istifadəçisi sorğuda iştirak edib.

Məqalədə : Kaspersky Lab 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda taxıl biçininə başlanılıb

24

May
17:46
İQTİSADİYYAT
118

Mayın 27-nə manatın məzənnəsi

24

May
17:33
İQTİSADİYYAT
96

2 yaşınadək uşaqlara bunlar qadağan edilməlidir

24

May
15:53
AİLƏ, SAĞLAMLIQ
1558

Paşinyanın oğlu Yerevana qaçdı

24

May
15:07
DÜNYA
426
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2019 02:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru