Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2018
13:25
Kosmik rəsədxana Kepler işini bitirdi-VİDEO

Yeni planetlərin axtarışında olan kosmik rəsədxana Kepler teleskopunun artıq yanacağı yoxdur. FaktXeber.com-un məlumatına görə, NASA-nın nümayəndəsi Pol Hers bu barədə bəyan edib.

«Bu o deməkdir ki, kosmik aparatın işi və məlumat toplaması artıq bitib», - deyən nümayəndə bunun gözlənilən olduğunu da vurğulayıb.

Qeyd edək ki, teleskopun missiyası 9 ildən artıq idi ki davam edirdi və onun topladığı məlumatlar daha 1 il faydalı olacaq.

Teleskopun bütün ötürücüləri sönəcək və o, Günəş ətrafında orbitdə qalmağa davam edəcək. Mütəxəssislərin fikrincə, apparatın Yerə heç bir zərəri yoxdur.



Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kepler 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 16:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com