Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2018
12:50
Parlamentin növbəti iclasının vaxtı və GÜNDƏLİYİ

Milli Məclisin noyabrın 2-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Faktxeber.com-un məlumatına görə, iclasın gündəliyinə 16 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında;

2. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında 

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş) 

4. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) 

5. "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş) 

6. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

7. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq  hissələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin hakimləri  vəzifəsinə təyin edilməsi

8. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq  hissələrinə uyğun olaraq Azərbaycan Ali Məhkəməsinin hakimin təyin edilməsi

9. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq  hissələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə,

10. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq  hissələrinə uyğun olaraq Bakı appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə

11. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq  hissələrinə uyğun olaraq Gəncə appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə

12. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq  hissələrinə uyğun olaraq Sumqayıt appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə

13. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq  hissələrinə uyğun olaraq Şirvan appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə

14. “Məhkəmələr və hakimlər haqqında” qanunun müvafiq  hissələrinə uyğun olaraq Şəki appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə

15. "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu haqqında (ikinci səsvermə) 

16. "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu haqqında (ikinci səsvermə) 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Milli Məclis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 17:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com