Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2018
12:17
Şəhid hərbi qulluqçuların vərəsəsinin sənədləri nazirliyə göndərilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi üçün notariat kontorlarında sənədlərin qəbulu prosesi davam edir.

FaktXeber.com-un verdiyi məlumatına görə, vərəsələr 2018-ci ilin 9 oktyabr tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında (http://www.mlspp.gov.az) fəaliyyət göstərən “Birdəfəlik ödəmə” bölməsində hərbi qulluqçunun soyadını, adını və atasının adını daxil etməklə, sorğu-axtarış edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlayırlar. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrindən artıq 96 faizi birdəfəlik ödəməni almaq hüququnun olduğunu öyrənib.

Dövlət başçısının qeyd olunan fərmanın icrası olaraq, birdəfəlik ödəmənin çevik, şəffaf və vətəndaş məmnunluğuna səbəb ola biləcək şəkildə verilməsinin təmin edilməsi məqsədilə nazirlik tərəfindən hazırlanmış qaydalara əsasən, həmin ödəmənin alınması üçün sənədlərin “bir pəncərə” prinsipi əsasında, yəni yalnız notariat orqanları tərəfindən qəbul edilməsi həyata keçirilir.

Məqalədə : şəhid 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
54732

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
52824

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
54245

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
53969

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
59389

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
53661

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
54025
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-12-2020 09:52





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru