Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2018
11:59
Rusiyalı hakim: `Neftçi` və Ermənistan komandasının oyununun nəticəsi öncədən razılaşdırılmışdı`

Rusiyanın sabiq futbol hakimi İqor Rutskoy SSRİ çempionatında Azərbaycanın “Neftçi” və Ermənistanın “Kotayk” komandaları arasında 29 il əvvəl keçirilmiş oyunun nəticəsinin öncədən razılaşdırıldığını açıqlayıb.

61 yaşlı keçmiş ədalət təmislçisi “Bel Pressa”ya müsahibəsində 6 may 1989-cu ildə neytral meydanda baş tutan matçın heç-heçə başa çatması üçün göstəriş verildiyini söyləyib. Onun sözlərinə görə, həmin görüş hüquq-mühafizə orqanlarının ciddi nəzarəti altında azarkeşsiz baş tutub: “1989 və ya 1990-cı ildə, Qarabağda müharibə gedən zaman məni “Kotayk” (Abovyan) – “Neftçi” (Bakı) oyununun baş hakiminin köməkçisi təyin etmişdilər. Mənə zəng gəlir: “Matç neytral meydanda - Ukraynanın Zaporojye şəhərindəki "Metallurq" stadionunda keçiriləcək, çünki müharibə səbəbindən, "Neftçi" Ermənistana uçmayacaq”. Bu oyun danışılmış deyildi. Amma yuxarıdan gələn əmrə əsasən, matç heç-heçə ilə nəticələnməli idi. Stadionda hər yanda atlı polislər dayanıb, ətraf mühasirəyə alınıb, daxili qoşunlar var. Nəticədə cəmi 4 dəfə fit çalındı: Matçın başlanğıcında, ilk yarının sonunda, ikinci hissənin əvvəlində və final fiti".

İ.Rutskoyun sözlərinə görə, bu komandalar arasında ikinci dövrədəki oyun Rusiyanın Novorossiysk şəhərində keçirilib və 1:1 hesablı heç-heçə ilə nəticələnib: "Həmin qarşılaşmada isə xalqı güldürməmək, FIFA və UEFA-nı qıcıqlandırmamaq üçün hərəyə bir qol vurdular. Uzun illərdən sonra öyrəndim ki, bu oyunun hakimliyi üçün namizədlər Mərkəzi Komitədə müzakirə olunub və görüşə yalnız rusiyalı hakimlər briqadası təyin olunub”.

1990 və 1991-ci illər mövsümündə bu komandalar arasında təqvimdə nəzərdə tutulan oyunlar baş tutmayıb.

Qeyd edək ki, İqor Rustkoy hakimlik karyerası ərsində SSRİ-nin yüksək dəstəsində, birinci və ikinci liqalarında ümumilikdə 315 oyun idarə edib./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Neftçi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 00:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com