Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

31 Oktyabr

2018
11:45
2634
Təhsil naziri: `Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək`

"İnsan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu müasir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların və səriştələrin tanınması böyük əhəmiyyət kəsb edir".

Bunu təhsil naziri Ceyhun Bayramov "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ölkədə bacarıqların bu yolla tanınması və bundan sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağın əhəmiyyətli dərəcədə artmasına və məşğulluğa bilavasitə təsir göstərəcək.

Nazir bildirib ki, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin arada qaldırılmasına töhfə verir.

FaktXeber.com Reporta istinadla bildirir ki, C.Bayramov əlavə edib ki, aidiyyatı dövlət qurumlarının, sahibkarların, işəgötürən təşkilatların nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin daxil olduğu işçi qrup tərəfindən "Vətəndaşların peşə-ixtisas təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası" hazırlanıb.

 Ceyhun Bayramov yeni qəbul edilən "Peşə təhsili haqqında" qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, "Peşə təhsili haqqında" qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib.

Məqalədə : Ceyhun Bayramov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
175

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
62
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-04-2019 08:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru