Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Oktyabr

2018
11:20
Azərbaycanda arxiv sənədləri onlayn rejimdə əldə ediləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir layihəyə start verir.

Bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Onun sözlərinə görə, bundan sonra ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətindən (DƏDRX) çıxarış almaq üçün arxiv sənədləri onlayn rejimdə əldə ediləcək.

Başqa sözlə, vətəndaşlar DƏDRX-in ərazi idarələrinə təqdim etdikləri sənədlərin arxiv əsasının olduğunu sübut etmək üçün Milli Arxiv İdarəsinə (MAİ) getməli olmayacaqlar. Bu məqsədlə sabah ƏMDK və MAİ arasında memorandum imzalanacaq. (report.az)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Daşınmaz Əmlak 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 15:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com