Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
18:18
Yeni buraxılış imtahanı modelinə uyğun sınaq imtahanı keçiriləcək?

Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də yeni qəbul modelinə uyğun sınaq imtahanı keçirib. İmtahanlarla bağlı ən çox narahatlıq və sual doğuran əsas məqamlardan biri buraxılış imtahanı modelində də sınaq imtahanının keçirib-keçirilməməsiylə bağlıdır.

Mövzuyla bağlı DİM-dən bildiriblər ki, buraxılış imtahanı modelinə uyğun sınaq imtahanının keçirilməsi nəzərdə tutulmur. Məlumatda qeyd olunub ki, IX və XI siniflər üzrə buraxılış imtahanının modelində taprşırıqlar yaxın günlərdə “Abituriyent”jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Xatırladaq ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Sınaq imtahanı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-11-2018 20:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com