Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
17:20
Bu il Azərbaycanda 4400-dən çox zəlzələ baş verib

İlin əvvəlindən bəri ölkəmizdə 4400-dən çox yeraltı təkan qeydə alınıb. Onlardan 27-si digərləri ilə müqayisədə daha çox hiss olunub. Son vaxtlar Şamaxı, İsmayıllı, Zaqatala, Balakən, Kiçik Qafqaz, Talış zonası, orta və şimali Xəzər bölgələrində daha çox seysmik aktivlik müşahidə edilir. İl ərzində qeydə alınan zəlzələlərin əksəriyyəti də həmin bölgələrdə baş verib.

FaktXeber.com-un məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib.

Onun dediyinə görə, bu il iyunun 4-də Zaqatalada qeydə alınan maqnitudası 5 baldan yüksək, episentrdə isə 6 bal olan zəlzələ hələ ki, ən güclü təkandır. İlin ikinci güclü təkanı avqustun 29-da Lerik-Lənkəran sərhədində, Lerik rayonu ərazisində baş verib. Həmin təkanın gücü episentrdə 5 baldan çox olub.

Direktor, həmçinin bildirib ki, zəlzələni qabaqcadan proqnozlaşdırmaq mümkündür. Q.Yetirmişli yaxın vaxtlarda ölkə ərazisində katastrofik, dağıdıcı gücə malik zəlzələlərin gözlənilmədiyini, xırda təkanların isə hər gün baş verdiyini diqqətə çatdırıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : zəlzələ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 18:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com