- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Ötən il Azərbaycanda cinayət törətdiyinə görə məhkum edilənlər arasında 14-17 yaşda olanların sayı 323 nəfər təşkil edib.
Onlardan 1 nəfər cinayəti sərxoş halda, 59-u qrup şəklində, 90-nı isə böyüklərin iştirakı ilə törədib.
Məhkəmə qarşısına çıxarılanlardan 111-inə azadlıqdan məhrum etmə (48-i 5 ilədək, 63-ü 5 il və yuxarı), 16-sına islah işləri, 2-sinə ictimai işlər, 98-inə cərimə, 96-sına isə şərti məhkum etmə cəzası verilib.
Həmçinin, məhkum olunan 323 nəfərdən 41-i 14-15 yaşda, 282-si isə 16-17 yaşda olanlardır. Onlardan 3-ü qızdır. Məhkum olunan 323 nəfərdən 271-i hər iki valideyni olan ailədə, 50-si isə bir valideyni olan ailədə tərbiyə alanlar, 186-sı işləməyən və oxumayan, 34-ü işləyən, 103-ü isə şagird və tələbə olub.
2017-ci ildə 14-17 yaşda olanlar tərəfindən və ya onların iştirakı ilə törədilən cinayətlərin sayı 532 olub. Onlardan 50-si ağır və xüsusilə ağır cinayətlər kimi qeydə alınıb.
Bundan başqa, həmin yaşda məhkum olunanlardan 6-sı qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 15 qəsdən sağlamlığa ağır zərər vurma, 367 oğurluq cinayətinə görə həbs ediliblər. Oğurluq faktlarından 100-ü mənzillərdən törədilib. Bundan başqa onlar tərəfindən 11 soyğunçuluq, 7 quldurluq, 15 dələduzluq, 14 xuliqanlıq, 4 narkotik vasitələrlə bağlı cinayətlər, 3 yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayəti törədilib.(Report)
- 23-02-2019 12:22 Qadının məhkum ərinə heroin keçirmək istədi
- 23-02-2019 11:50 Bir gündə axtarışda olan 26 nəfər saxlanılıb
- 23-02-2019 11:28 Ötən gün yol qəzalarında 7 nəfər xəsarət alıb
- 22-02-2019 14:13 Sabirabadda mikroavtobus qəzası: ölən və yaralananlar var - FOTO
- 22-02-2019 14:08 Bakıda sərnişin avtobusu yanıb - FOTO
- 22-02-2019 12:13 DYP rəsmisi Sumqayıtdakı qəzadan danışdı
- 22-02-2019 10:30 Ombudsman postuna yeni namizəd irəli sürüləcək
- 22-02-2019 10:18 Avropa Məhkəməsi Novruzəli Məmmədova görə Azərbaycan hökümətini cərimələyib
- 22-02-2019 10:03 Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
- 22-02-2019 09:14 Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib
- 21-02-2019 18:35 Sumqayıtda yol qəzasında yaralananların sayı 30-u keçib - VİDEO
- 21-02-2019 16:32 Sabunçuda məhkəmə hakimini döydülər
- 21-02-2019 12:26 Mustafa Hacılıya şərti cəza verilib
- 21-02-2019 12:15 İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclası keçiriləcək
- 21-02-2019 12:12 "Neolit"dəki davanın çeçen səbəkarı terrorçuluqda təqsirləndirilir
- 21-02-2019 12:04 Masazırda binada yanğın olub, köməyə gələn 4 polis tüstüdən zəhərlənib
- 21-02-2019 10:22 Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
- 21-02-2019 10:11 Yol qəzalarında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
- 21-02-2019 09:07 Şəkidə canavarlar mal-qaraya hücum edib - FOTO
- 20-02-2019 15:49 "Gəncə hadisələri" haqda yazan sayt rəhbərinin məhkəməsində maraqlı faktlar açıqlanıb
- 20-02-2019 12:38 Metroda baş vermiş ölümün SƏBƏBİ məlum oldu
- 20-02-2019 11:30 "Yanar bulağ"ın yüksək təzyiqlə püskürmə səbəbi - VİDEO
- 20-02-2019 10:43 Axtarışda olan 29 nəfər saxlanılıb
- 19-02-2019 16:55 18 yaşına qədər olan gənclərə enerji içkiləri satılmayacaq - DƏYİŞİKLİK
- 19-02-2019 14:31 Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib