Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
15:11
Zamirə Hacıyeva yenidən dünyanın gündəmində - Bu dəfə bahalı itiylə - FOTO

FaktXəbər-in məlumatına görə, Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva yenidən dünya mediasının gündəmindədir.

İngiltərənin Daily Mail qəzetinin jurnalistləri Beynəlxalq Bankın həbsdə olan prezidenti Cahangir Hacıyevin xanımı Zamira Hacıyevanı Londondakı villadan iti gəzdirmək üçün çıxanda fotolarını çəkiblər.

Qəzet yazır ki, siz Azərbaycanda 200-300 manata işləyəndə, Zamira Hacıyeva bahalı həyat yaşamağa davam edir:

Geyindiyi paltarları belə qiymətləndirir qəzet:

 - Gucci ace brendinə məxsus idman ayaqqabısı 1209 AZN 

 - Gucci brendinə məxsus idman şalvarı 1153 AZN 

 - Miu Miu brend günəş eynəyi 631 AZN 

 - Hermes şirkətinin constance brendinə məxsus əl çantası 14.151 AZN 

 - Hamısı birlikdə 17.144 AZN edir.

Qəzet itin qiymətini də dəqiqləşdirib: 21.700 AZN. İtin aylıq yemək və aksesuar xərcləridə təxminən 3200 AZN.

Bunların hamısını toplayanda 42.044 AZN edir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Zamirə Hacıyeva 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2018 18:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com