Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
14:13
Zahid Oruc Tamerlan Qarayevə səsləndi

“Bu yaxınlarda diqqətimi bir xəbər çəkdi. Sabiq deputatlardan biri debatda olduğu bir insana bəyan edir ki, 2003-cü il hadisələri necə baş verib. Bunun üzərindən bildirir ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, İsa Qəmbərin prezident seçkilərində müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub.

Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətdə Konstitusiya Məhkəməsinin sədri olacaqmış. Bu informasiyanı izləyəndə, düşündüm ki, bu, sıradan bir bəyanatdırsa, həmin şəxs reaksiya verməlidir”.

Bunu deputat Zahid Oruc “Dövlət sirri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Z.Oruc vurğulayıb ki, o dövrün hadisələri hər kəsə aydındır, kiminsə birləşməsi, ayrılması, müxalif qüvələrin bir araya gəlməsi Azərbaycan cəmiyyətində heç bir nə siyasi dəyişiklik, nə də hakimiyyətin taleyinə təsir edib.

“Tamerlan Qarayev səfir kimi çalışmaqdadır. Burada ona şəxsi münasibətimi ifadə etmək istəmirəm.

Səfir diplomatik ranq daşıyıcısı kimi dövlətin sirlərini daşımağa, eyni zamanda dövlət başçısının və dövlətin yürütdüyü siyasəti dəstəkləməlidir, buna borcludur. Kiminsə özəl niyyəti varsa, siyasi partiya yaratmaq və başqa bir şəxsi müdafiə etmək, hazırki hakimyyətin mövqeyi ilə razılaşmamaqla, məsələn, sabiq səfir Arif Məmmədovun və ya başqasının yanında yer ala bilər.

Bununla hakimiyyətin gücündə dəyişiklik ola bilməz. Məqsədim odur ki, Tamerlan Qarayev bu xəbərə reaksiyasını bildirməlidir”. (musavat.com)

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Zahid Oruc 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-11-2018 23:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com