Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
14:08
1228
AFFA baş hakimi çempionatın oyunlarından kənarlaşdırıb

Topaz Premyer Liqasının IX turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Qəbələ” oyununun baş hakimi Orxan Məmmədovun idarəçiliyi və oyundan sonra müxtəlif mənbələrdə səsləndirilən ayrı-ayrı fikirlərlə bağlı AFFA-nın Hakimlər Departamentində araşdırmalara başlanılıb. 

FaktXəbər-in məlumaına görə, bu barədə Departamentin sədri Frits Ştuxlik affa.az-a açıqlamasında bildirib. O deyib ki, araşdırmalar başa çatanadək O.Məmmədova təyinat verilməyəcək: "Təbii ki, hər turun oyunları diqqət mərkəzində saxlanılır, oyunlardan sonra müvafiq təhlillər aparılır. Son günlərin müzakirə mövzusuna çevrilmiş “Sumqayıt” – “Qəbələ” oyununda hakim idarəçiliyi də bu baxımdan istisna deyil. Həmçinin, oyundan sonra səsləndirilən bəzi fikirlərlə tanışıq. Hakimlər Komitəsi bir müddət əvvəl bütün hakimlərə, hakim-inspektor və AFFA nümayəndələrinə yazılı şəkildə bildirib ki, oyun dövrü istisna olunmaqla, klub nümayəndələri ilə hər hansı şəkildə ünsiyyət qurulmamalıdır. Zərurət yaranarsa, Hakimlər Komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada elektron poçt vasitəsilə əlaqə saxlanılmalı, klub rəsmiləri ilə telefon danışığı da olmamalıdır. Müzakirə mövzusu olan məsələ ilə bağlı Hakimlər Komitəsinə bu günə qədər klub tərəfindən rəsmi müraciət daxil olmasa da, komitə bu məsələnin araşdırılmasına başlayıb. Araşdırma başa çatana qədər “Sumqayıt” – “Qəbələ” oyununun baş hakimi Orxan Məmmədov təyinat almayacaq". 

F.Ştuxlik bir daha bəyan edib ki, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri təkcə təyinat aldıqları oyunlarda deyil, digər vaxtlarda da peşələrinin tələb etdiyi məsələlərə həssas yanaşmalı, açıqlamalarında, səsləndirdikləri fikirlərdə diqqətli olmalıdırlar.

Qeyd edək ki, "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı mətbuata açıqlamasında Orxan Məmmədovun ona Qəbələdə məşq üçün şərait yaratmadıqları üçün "qırmızı-qaralar"dan qisas alacağı ilə hədələdiyini bildirib. 

Məqalədə : AFFA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Laçın”ın sahibinin oğluna hökm oxundu

23

May
16:52
HÜQUQ,HADİSƏ
79

Övladlarınıza verdiyiniz 8 zərərli qida

23

May
16:09
AİLƏ, SAĞLAMLIQ
161

Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

23

May
15:40
ELM / TƏHSİL
2120

Abgül Süleymanovun həbsxanası dəyişdirildi

23

May
15:26
HÜQUQ,HADİSƏ
499
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 19:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru