Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
14:00
1150
Hesablama Palatası gələn ilin büdcə layihəsinə rəy verib

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib. İclasda “2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinə qurumun rəyləri müzakirə edilərək təsdiqlənib. 

FaktXəbər-in Palataya istinadən verdiyi xəbərə görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Qanun layihəsinə Rəydə büdcə parametrlərini xarakterizə edən makroiqtisadi meyllər və təhlillər, büdcə gəlirlərinin proqnozlarının vergi və digər gəlir mənbələri, dövlət büdcəsi xərclərinin ayrı-ayrı xərc istiqamətləri, habelə təsdiq edilmiş proqram və layihələr üzrə proqnozlar, dövlət borcunun mövcud durumu, dövlət borclanma limiti, eləcə də büdcə kəsiri və onun maliyyələşdirilməsi mənbələri barədə danışdı, hər il olduğu kimi bu il də büdcə qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət büdcəsi xərclərindən səmərəli istifadə, şəffaflığın və hesabatlılığın artırılması üçün Rəydə müxtəlif istiqamətlər üzrə 90-dan çox nəticə və 40-dan çox təklif təqdim edildiyini bildirib.

V.Gülməmmədov “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə Palatanın rəyi barədə də fikrini bildirib, pensiya ödənişləri üzrə dövlət büdcəsinin və Fondun öhdəliklərinin daha dəqiq müəyyənləşdirilməsi, pensiya sisteminin fiskal dayanıqlılığının təmin edilməsinə yönəldilən fəaliyyətin gücləndirilməsinin vacibliyinin rəydə əks olunduğunu qeyd edib.

“2019-cu il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin Milli Məclisdə müzakirə edilməsi tövsiyə olunub. 

Məqalədə : Hesablama Palatası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
854

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
44

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
69

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
280

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
303
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 05:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru