Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Oktyabr

2018
13:02
Rusiyada terror törətmək istəyən İŞİD üzvləri ələ keçib

RF DİN əməkdaşları ilə birlikdə FTB və Rusiya Qvardiyası Tatarıstanda İŞİD terror təşkilatının bir bölməsini aşkar edib. FaktXeber.com-un məlumatına görə, bu barədə TASS FTB-nin İctimaiyyətlə Əlaqələr  Mərkəzinə istinadla xəbər verib. 

Məlumatda deyilir ki, zlz keçən şəxslər RF ərazisində  bir sıra rezonans  doğuran aksiyalar törətmək, sonra isə suriyalı yaraqlılara qoşulmaq istəyibəlr. Bu məqsədlə onlar radikal gəncləri cəlb etməyə və terror vasitələrini əldə etməyə səy göstəriblər. Nəticədə İŞİD-in 6 üzvü və onların təsirinə düşmüş 11 vətəndaş həbs olunub. 18 ünvanda aparılan axtarışlar zamanı odlu silaşlar, döyüş sursatları, İŞİD-in atributu və ekstremist ədəbiyyatlar ələ keçib.

Operativ axtarış tədbirləri və istintaq fəaliyyətləri davam edir. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Rusiya İŞİD 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-11-2018 17:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com